İnteryer Dizayn Nədir?

İnteryer dizayn nədir?
-interyer dizayn yaşayış və qeyri- yaşayış obyektlərinin daxilində olan yerlərin estetik görünüşünü, ahəngdarlığını, əşyaların bir- birinə olan estetik və rəng uyğunluğu, insanların xarakter və davranışlarını anlayıb, bunları ümumi kombinasiya edərək, məkan ilə funksiyonal sahələr yaradan bir incəsənət növüdür.
Eksteryer dizayn nədir?
-Adətən insanlar ilkin olaraq daxili gözəlliyə önəm verdiklərini söyləyirlər. Lakin ilk gördüyümüz xarici görünüşdür. Eksteryer dizaynda əsas məqsəd yaşayış və qeyri- yaşayış binalarının xarici görünüşünü baxımlı, cəlbedici etməkdir. Bir növ daxili gözəlliyin xarici gözəlliklə tamamlanmasıdır.
İnterier Dizayn Üslubları
Əgər keçmişə xüsusi marağınız varsa, aşağıdakı üslublar uyğundur.
1.klassik üslub
2.ənənəvi üslub
3.romantik üslub




Əgər indiki zamana üstünlük verirsinizsə aşağıdakı üslublar uyğundur.
1.müasir üslub
2.çağdaş üslub
3.hip üslub




Əgər “az çoxdur” fəlsəfəsinin pərətişkarısınızsa, aşağıdakı üslublar uyğundur.
1.minimalist üslub
2.müasir üslub
3.skandinaviya üslub


Açıq tavanlar, kərpic divarlar və metal detallar ilə rustik bir cazibə yaratmaq şəhər həyatının dinamikasını və enerjisini məkanınıza gətirmək istəyirsinizsə sizin seçiminiz loft üslubu olmalıdır.



Cəsarətli rənglər və gözlənilməz formalarla fərqli bir atmosfer yaratmaq istəyirsiniz? O zaman sizin seçiminiz avanqard üslub olmalıdır.




İnteryer Dizayn Xidməti Təklif Edirik!
İnexArt olaraq, interyer dizayn sahəsində peşəkar xidmətlər təklif edirik. Bizim mütəxəssislərimiz, məkanlarınızı daha estetik və funksional hala gətirmək üçün sizinlə yaxından əməkdaşlıq edəcək. Hər bir layihəyə fərdi yanaşaraq, sizin ehtiyaclarınıza və zövqünüzə uyğun unikal həllər təklif edirik. Keyfiyyətli materiallardan və müasir texnologiyalardan istifadə edərək, uzunmüddətli və davamlı dizaynlar yaradırıq. İnteryer dizayn xidmətlərimizlə, məkanlarınıza fərqli bir nəfəs gətirmək üçün bizə müraciət edin və birgə gözəllik yaradaq!