Bitirdiyimiz Layihələrdən

İnexArt olaraq, müxtəlif sahələrdə uğurla başa çatdırdığımız layihələrdən seçilmiş hissələri təqdim edirik. Hər bir layihə, müştərilərimizin unikal ehtiyaclarına və tələblərinə uyğun xüsusi olaraq tərtib edilmişdir. Bu təqdimat, dizayn prosesinin bütün mərhələlərini və əldə edilən nəticələri əks etdirir. İnnovativ yanaşmamız və peşəkar komandamız sayəsində, layihələrimiz həm estetik, həm də funksional tələbləri qarşılayır. İnexArt ilə, məkanlarınızın bənzərsiz və cazibədar hala gətirilməsi üçün yaratdığımız gözəlliyi və yaradıcılığı paylaşmaqdan məmnunuq.

Ümumi sahəsi 90m2 olan mənzilin mətbəx hissəsi bohem üslubunda dizayn edilmişdir. Ağac teksturası və yaşılın sakitləşdirici tonu bir-birini tamamlamışdır. Naxışlı aksesuar seçiminə diqqət edilmişdir.

Modern üslubda dizayn edilmiş menzilin mətbəxində funksionallıq ön plandadır. Tavana qədər mebel tamamlanmışdır. Qızılı tonlarla əlavə edilmiş rəf isə xüsusi zəriflik qatmışdır. Mətbəximizin geniş və aydınlıq olmasında əsas səbəb mebeldə istifadə olunan isıqlardır.

Sanitar qovşağının dizaynı modern və neoklassik üslubun birləşməsidir. Həm divarlarda, həm də istifadə olunan əşyalarda bej və tonları istifadə olunmuşdur. Dolab qulpları, duş başlığı və moydadırda qızılı tonlar xüsusi ahəng içindədir.

Mətbəximizin dizaynında mat rəng tonlarına üstünlük verilmişdir. Üslub minimalizm üslub seçilmiş olsa belə təbii işıqlandırma ilə mətbəximiz daha geniş görünməkdədir. Plana uyğun olaraq funksionallıq ön plandadır.

Qonaq otağımız neoklassik üslubda dizayn edilmişdir. Üslub öz sözünü demiş olsa belə, istifadə etdiyimiz rənglər, dekorativ əşyalar, yumuşaq mebel xüsusi estetika qatmışdır. Divarlarda və tavanda istifadə etdiyimiz moldinglər öz naxışı ilə göz oxşamaqdadır. Tavanda həm lüstur, həm spot isıqlandırmasından istifadə olunmuşdur. Divarlarda isə isə xüsusi divar lampalarından istifadə edilmişdir.

Mətbəximiz soft minimalizm üslubunda dizayn edilmişdir. Rəng fakturası olaraq bej-qəhvəyi tonlar seçilmişdir. Tavana qədər mebel davam edərək bütünlük tamamlanmışdır. Mebelimizin bir parçası olaraq dizayn edilmiş mətbəx adası isə həm estetikliyi, həm də funksionallığı özündə birləşdirmişdir.

Modern üslubda dizayn edilmiş saunzeldə qara, bej və qızılı tonlar istifadə olunmuşdur. Tavanda xüsusi naxışlı molding göz oxşamaqdadır.

Mətbəximiz qonaq otağına açıq şəkildədir. Bu həm mətbəx, həm də qonaq otağı üçün geniş məkan deməkdir. Mətbəxlə qonaq otağını ayıran dizayn ünsürü isə döşəmədir. Mebelimizin rəng seçimində parlaq bejin tonları seçilmişdir. Mətbəxlə qonaq otağının birləşdiyi nöqtə isə xüsusi aydınlatma ilə vurğulanan yemək masasıdır.

Neoklassik üslubda olan qonaq otağımızda istifadə etdiyimiz rəng tonlarına qızılı rəng əlavə edilmişdir. Yumuşaq mebelin və tv stendinin arxa hissəsində kermogranit istifadə olunmuşdur. Tavan 10 sm aşağı endirilmişdir. Tavan planımızda kənarlarda gizli işıq və tavanın özündə ikili spotlar yer almaqdadır. Müxtəlif dekorativ əşyalar ilə üslub tamamlanmışdır.

Saunzelimizin dizaynı modern üslubdadır. Modern üslubudakı önəmli faktorlar həm divarlarda, həm qapılarda, həm də tavan aydınlatmasında ahəng içindədir. Divarlarda kermoqranit istifadə olunmuşdur. Moydadırın arxa hissəsində yaşılın canlı və qarışıq tonları istifadə olunaraq təbii görüntü əldə olunmuşdur.

Təbii aydınlatması yüksək olan mətbəximiz modern üslubda dizayn edilmişdir. Tavan 10sm aşağı endirilmiş və kənarı boyunca gizli isıq uyğun görülmüşdür. Taxta teksturasına yer verdiyimiz mebelimizin sinəlik, dəzgah və mətbəx adası kermogranitlə tamamlanmışdır. Dekorasyonda bitki örtüyünə, tabloya və uyğun tonda pərdə seçiminə önəm verilmişdir.

Modern üslubda dizayn etdiyimiz mənzilimizin mətbəxi və qonaq otağı ortaq məkandadır. Qonaq otağımızda rəng fakturası boz və tonları seçilmişdir. Məkanı geniş və aydın göstərmək üçün kalonda güzgüdən istifadə olunmuş və bu güzgü həmdə mətbəxi və qonaq otağını ayırıcı ünsür olaraq görünməkdədir. Tavanda xüsusi tavan içi aydınlatma seçilmişdir. Otağın geniş görünməyində əsas faktor planda əvvəlcədən düşünülmüş gizli dolablardır.

Son zamanların dəbi olan studiya tipli mənzillər daha çoxdur. Lakin ümumi sahəsi azda olsa mənzilimizdə plana uyğun modern və minimalist dizayn üslubları qarışdırılmışdır. Həm tavanda, həm də divarda mavi rəngli panellər istifadə olunaraq bütünlük qurulmuşdur. Bejin açıq tonu əsas götürülsədə, vurgu üçün mavi tonlar əlavə edilmişdir. Qapilar divarla sıfır olaraq gizlilik və genişlik qorunmuşdur.

Modern üslubda dizayn olunmuş saunzeldə mat rəng tonları istifadə olunmuşdur. Saunzelimizin divarlarında naxışlı molding istifadə olunaraq, neoklassik üslubun izlərini də görə bilərik.

Geniş yataq otağımız neoklassik üslubda dizayn edilmişdir. Otagımızın garderob bölümü ayrıcadır. Yataq bölümü ilə garderob bölümü açıq arko girişi ilə əlaqələndirilmişdir. Otagın əsas girişində tavan təbii ağac teksturalı material ilə dizayn edilmişdir. Yataq otağının tavanı 10 sm aşağı endirilmişdir və gizli işıqla tamamlanmışdır. Tavan daxili spotlarla aydınladılmışdır. Otagımızı dizaynını zənginləşdirən master yatağımızın qarşısındakı divarda isə xüsusi panellerle dizayn edilmiş tv stendimiz mövcuddur.

Keçmiş hər zaman təkrarlanır. Bu özünü dizayn sahəsində də gösterir. Klassik üslubun növü olan neoklassik üslub yataq otagımıza pozitif enerji qatmışdır. Yataq başlığımız üçün mənzərəli divar kağızlı panel seçilmişdir. Divarlarda istifadə olunan moldinglərdə divar lampası istifadə olunaraq vurğulanmışdır. Tavanın kənarlarında işıq yönü dəyişdirilə bilən spotlar istifadə olunaraq, klassik və göz oxşayan lüsturla tamamlanmışdır. Canlı bitkilərdən , güzgülərdən istifadə olunaraq, dekorasiyamız neoklassik üslubun incə detallarını vurgulamışdır.

Soft və sport stillərin incə faktorlarını ələ alaraq, dizayn etdiyimiz yataq otağımızın əsas vurğusu, seçdiyimiz canlı rəng tonudur. Qarderob otağımızın içində yer aldığı üçün hər iki tərəfdən divar montaj edilmişdir. Qarderobumuzda qapı əvəzinə qarderobun həcmində güzgü istifadə olunmuşdur. Güzgü otağımızın həcmini geniş göstərməkdədir. Tavan 10 sm aşağı endirilmişdir. Tavanımızın dizaynı gizli işıq, üçlü spotlarla tamamlanmışdır. Yatağımızın hər iki tərəfində tavandan sallanan asılqan aydınlatma dizaynımıza estetiklik qatmışdır. Yatağımızın qarşı tərəfindəki divar sadə bir şəkildə dizayn edilərək, tv ilə tamamlanmışdır.

Artıq dizaynlarımızda daha geniş məkanlar əldə etmək üçün minimalist mebel seçimlərinə diqqət edirik. Yataq otağımızın tv olan divarında neoklassik üslubdan bir parça görmək mümkündür. Qarderob bölümü ayrıcadır. Otagımız yetərli təbii aydınlatmaya malikdir. Tavan 10 sm aşağı endirilmiş və daxili spotlarla tamamlanmışdır. Otağımızın əsas vurğu faktorları neytral rəng tonları və güzgülərdir.

Canli və pozitif dizayna sahib yataq otağımız modern üslubdadır. Burada istifadə olunan hər bir material və ya əşya ayrıca vurğu faktorudur. Otağımızda canlı rəng tonları seçilmişdir. Qarderob yataq başlığımızın arxasındakı hissədə dizayn edilmişdir. Makyaj masası canlı və trend olan divar kağızı ilə tamamlanıb. Tavandakı möhtəşəm lüstur və spotlar dizaynımızın ən göz alıcı nöqtəsidir.

Modern üslubda dizayn edilmiş yataq otağımızda boz rəng tonundan istifadə olunmuşdur. Otağımızın hər bir hissəsində funksionallıq göz önündədir. Otağımızda soyuq rəng tonu seçilmiş olsa belə, mebellərimiz, tv stendimiz isti işıq tonu seçilərək canlandırılmışdır. Yataq başlığımızın bir qismindən sonra gizli dolab yığılaraq, sadə divar paneli görüntüsü əldə olunmuşdur.